“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” festivalının 2-ci günü

Festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği və bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır.
Festival çərçivəsində Qarabağın müxtəlif rayonlarına məxsus mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri nümayiş etdirilib. Tədbir boyu iştirakçılar milli dəyərlərimizi əks etdirən maraqlı təqdimatlar və bədii proqramlarla tanış olublar.
Festivalın bədii hissəsində Azərbaycanın tanınmış xalq artistləri, əməkdar artistləri və digər incəsənət nümayəndələri çıxış edərək sevilən xalq və bəstəkar mahnılarını səsləndiriblər. Eyni zamanda, müxtəlif rəqs ansambllarının təqdim etdiyi milli rəqs nömrələri tədbirə xüsusi rəng qatıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsert proqramı və rəqs çıxışları festival iştirakçılarına Qarabağın zəngin musiqi və mədəni irsini daha yaxından hiss etmək imkanı yaradıb. Tədbir iştirakçılarda xoş təəssüratlar yaradaraq Qarabağın mədəni dəyərlərinin təbliği baxımından əlamətdar hadisə kimi yadda qalıb.