Haqqımızda

“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi 2020-ci il 2 dekabr tarixində 4 gəncin bir araya gəlib, cəmiyyətin sosial inkişafı təşəbbüsü ilə yaradılıb. İctimai Birlik 2022-ci il 10 avqust tarixində rəsmi şəkildə dövlət qeydiyyatından keçib. Birliyin əsas məqsədi sosial sahədə maarifləndirmə işi aparmaqdır.
Hazırda 2000-ə yaxın şəxsi öz ətrafında birləşdirən “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi ölkə vətəndaşlarının sosial sahədə inkişafı üçün mühüm addımlar atır.