“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Sən dəyiş, dünyan dəyişsin” adlı layihəsinin növbəti görüşü keçirilib.
Görüşdə “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək ADPU-nun rəhbərliyinə təşəkkür edib, layihə iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra seminarın təlimçisi Beynəlxalq Koçluq Federasiyasının (İCF) ACC dərəcəli (diplomlu) Yaşam Koçu Xəyalə Həsənova şəxsi inkişaf üçün önəmli olan və hədəfləri reallaşdıran bir çox mövzulara aydınlıq gətirib. İştirakçılara təqdim olunan ”Yaşam çarxı”, “Şəxsi SWOT analizi” metodları ilə hər kəs hədəflərini reallaşdırmaq üçün nəyin dəyişməsi gərəkdiyini və nəyə ehtiyac duyulduğu haqqında tam şəkildə bilgi əldə edib.
Sonda təlim iştirakçılarının sualları cavablandırıb.
qeyd2023 #qeyd #ADPU #SənDəyişDünyanDəyişsin










