“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Sən dəyiş, dünyan dəyişsin” adlı layihəsinin ilk görüşü keçirilib.

18 aprel 2023-cü il tarixində “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Sən dəyiş, dünyan dəyişsin” adlı layihəsinin ilk görüşü keçirilib.

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev iştirakçıları salamlayaraq layihənin müasir dövrümüzdə nə dərəcədə aktual olduğunu bildirdi.

Daha sonra”Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov ADNSU-nun rəhbərliyinə təşəkkür edərək layihə iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra seminarın təlimçisi Beynəlxalq Koçluq Federasiyasının (İCF) ACC dərəcəli (diplomlu) Yaşam Koçu Xəyalə Həsənova şəxsi inkişaf üçün önəmli olan və hədəfləri reallaşdıran bir çox mövzulara aydınlıq gətirib. İştirakçılara təqdim olunan ”Yaşam çarxı”, “Şəxsi SWOT analizi” metodları ilə hər kəs hədəflərini reallaşdırmaq üçün nəyin dəyişməsi gərəkdiyini və nəyə ehtiyac duyulduğu haqqında tam şəkildə bilgi əldə edib.

Sonda təlim iştirakçılarının sualları cavablandırıb.

qeyd2023 #qeyd #ADNSU #SənDəyişDünyanDəyişsin