Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral – “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Nazirliklərin rəsmilərinin, gənclərin və könüllülərin iştirak etdiyi aksiya zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının iqliminə uyğun 1000-ə yaxın zeytun və Eldar şamı ağacları əkilib.




