Ölkəmizdə qeyd olunan xüsusi günlərdən biri də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.

Ölkəmizdə qeyd olunan xüsusi günlərdən biri də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Məhz 1991-ci il Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təqvimdə 31 dekabr özünəməxsus bir özəllik qazandı. Dünyanın hər ölkəsində yaşayan milyonlarla azərbaycanlını bir araya toplayaraq onların birliyinə nail olmaq Vətən üçün qazanılmış böyük bir uğurdur. Ötən illər ərzində həm ölkə daxilində, həm də ölkə xaricində xalqımızın birliyini görmək böyük qürurdur. Vətən müharibəsi və qazanılmış Zəfər həmrəyliyimizin sübutu olaraq bu günü daha da dəyərli edir.

Cənab İlham Əliyev öz fəaliyyətində və çıxışlarında hər zaman təkcə ölkə daxilində deyil, xaricdə, Vətəndən uzaqda yaşayan soydaşlarımıza da müraciət edir. Və hətta beynəlxalq tədbirlərdə, konfranslarda onların çətinliklərini, problemlərini də bildirir.

Dünya Azərbaycanlılarının Həmrəylik günü təkcə ölkədə deyil, azərbaycanlı olan hər bir diyarda xüsusi təntənə ilə qeyd edilir və hər zaman milli musiqimiz, dəyərlərimiz, adət-ənənələrimiz təbliğ edilir.

Bu münasibətlə bütün dünya Azərbaycanlılarını təbrik edirəm və hər zaman belə həmrəy qalmağı arzulayıram.

Tural Nurməmmədov, “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri