“AZ İNŞAAT HOLDİNG” MMC və “QEYD – Sosial Maarifləndirmə” İctimai Birliyi qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb.
27 dekabr 2022-ci il tarixində “AZ İNŞAAT HOLDİNG” MMC və “Qeyd Sosial Maarifləndirmə” İctimai Birliyinin nümayəndələrinin rəsmi görüşü keçirilib.
Görüşdə cəmiyyətdə mövcud problemlər müzakirə edilib, təmir-tikinti və inşaat sahəsində maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Bu istiqamətdə aparılan fikir mübadiləsi qarşılıqlı əməkdaşlıq barədə müqavilənin imzalanması ilə yekunlaşıb.
Tərəflər iki tərəf arasındakı əməkdaşlığın əhəmiyyətini və müsbət təcrübəsini nəzərə alaraq, qarşılıqlı anlaşmanın və dostluq əməkdaşlığının gələcəkdə gücləndirilməsi məqsədilə, bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək, inkişaf etdirmək və dəstəkləmək barədə razılığa gəliblər.
Sənəddə təmir, tikinti və inşaat sektoru üzrə müasir konsepsiyalara və beynəlxalq təcrübəyə əsaslanan təkmilləşdirmə layihələrinin hazırlanması, təşkil edilməsi və birgə iştirak, əməkdaşlığın məqsədinə xidmət edən müxtəlif mövzularla bağlı birgə yığıncaqlar, konfranslar, kurslar, seminarlar, təlimlərin keçirilməsi nəzərdə tutulub.



