Bakı KOB İnkişaf Mərkəzi və Qeyd Sosial Maarifləndirmə İctimai Birliyi qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb.

Bakı KOB İnkişaf Mərkəzi və Qeyd Sosial Maarifləndirmə İctimai Birliyi qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb.

21 noyabr 2022-ci il tarixində “BAKI KOB İNKİŞAF MƏRKƏZİ” və “Qeyd Sosial Maarifləndirmə” İctimai Birliyinin nümayəndələrinin rəsmi görüşü keçirilib.
Görüşdə cəmiyyətin son dövrdəki tələbatları müzakirə edilib, biznes sahəsində maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Bu istiqamətdə aparılan fikir mübadiləsi qarşılıqlı əməkdaşlıq barədə müqavilənin imzalanması ilə yekunlaşıb.

Tərəflər iki tərəf arasındakı əməkdaşlığın əhəmiyyətini və müsbət təcrübəsini nəzərə alaraq, qarşılıqlı anlaşmanın və dostluq əməkdaşlığının gələcəkdə gücləndirilməsi məqsədilə, bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək, inkişaf etdirmək və dəstəkləmək barədə razılığa gəliblər.

Sənəddə sahibkarlıq fəaliyyətinin inkişafı üçün birgə maarifləndirmə layihələrinin hazırlanması, təşkil edilməsi və birgə iştirak, əməkdaşlığın məqsədinə xidmət edən müxtəlif mövzularla bağlı birgə yığıncaqlar, konfranslar, kurslar, seminarlar, təlimlərin həm onlayn, həm də oflayn keçirilməsi nəzərdə tutulub.