“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndirici tədbir keçirilib
25-26 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin səsi: Narkotiklərə Yox!” adlı genişmiqyaslı maarifləndirici tədbir keçirilib.
İlk gün gənclər üçün müxtəlif maarifləndirici sessiyalar, çıxışlar və interaktiv fəaliyyətlər təşkil olunub. Tədbirin ikinci günü 26 sentyabrda isə konsert proqramı baş tutub. Tanınmış ifaçıların çıxışları və musiqi nömrələri gənclərə həm əyləncəli anlar yaşadıb, həm də tədbirin əsas mesajı olan “Narkotiklərə yox!” çağırışını gücləndirib.
Beləliklə, iki gün davam edən proqram gənclərin həm maariflənməsi, həm də yadda qalan anlar yaşaması ilə nəticələnib.










































