Azərbaycan nümayəndə heyəti Ankarada Ulu Öndər Heydər Əliyev Parkını və Anıtqəbiri ziyarət edib.

Mayın 31-də mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ankara şəhərinə səfəri çərçivəsində müasir müstəqil Azərbaycanın qurucusu, dahi dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət olunub. Nümayəndə heyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra nümayəndə heyəti Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün əziz xatirəsinə hörmət əlaməti olaraq Anıtqəbiri ziyarət edib. Mavzoley önünə gül dəstələri qoyulub.