Dahi azərbaycanlı rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan bu möhtəşəm sərgidə sənətkarın 40-dək unikal əsəri, həmçinin İrəvanın saray mühiti və zəngin mədəni irsi təqdim olunur. Sərgi Qərbi Azərbaycanın mədəni yaddaşını yaşatmaq və bu irsi yeni nəsillərə tanıtmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi (AMİM) və Ankara Rəsm və Heykəl Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Ankara Rəsm və Heykəl Muzeyində baş tutan sərgi 18 iyul 2025-ci il tarixinədək ziyarətçilərin üzünə açıq olacaq.
Bu dəyərli layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə səmimi təşəkkürümüzü bildiririk!









