Qeyd İctimai Birliyi Real TV-də!
Bu gün “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi olaraq Real TV kanalında yayımlanan, Ülviyyə Hüseynovanın təqdimatında efirə gedən “Real İntervyu” verilişinin qonağı olduq.
Verilişdə Qeyd İB-in Mətbuat Xidməti rəhbəri, layihə rəhbəri Samirə Novruzova və İdarə Heyətinin üzvü Anar Şükürov iştirak edərək, həyata keçirdiyimiz xüsusi layihə – “İrəvan Xalçalarında İlmələrin Rəqsi” sənədli filmi haqqında geniş məlumat verdilər.
Layihə İrəvan xalçaçılıq məktəbinin zəngin irsini, unudulmuş simvollarını və mədəni dəyərlərini yenidən gündəmə gətirməyi hədəfləyir. Film, təkcə xalçaların gözəlliyini deyil, onların arxasındakı tarix və mədəni kimliyi də tamaşaçılara çatdırmağa çalışır.
Veriliş zamanı layihənin ideyası, məqsədləri və ictimai əhəmiyyəti barədə dolğun fikir mübadiləsi aparıldı. Mədəni irsimizə olan maraq və dəstək bizim üçün böyük stimul oldu.
Real TV kollektivinə və dəyərli jurnalist Ülviyyə Hüseynovaya dəvət və xoş qarşılanma, maraqlı söhbət üçün səmimi təşəkkürümüzü bildiririk!

