“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi CBC FM-də!
Bu gün “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi olaraq CBC FM Azərbaycan kanalında yayımlanan, Xanlar Mehdiyevin təqdimatında efirə gedən “Səhər Saatı” verilişinin qonağı olduq.
Verilişdə Qeyd İB-in Baş katibi Aysel Tahirova və layihənin rəhbəri, həmçinin Qeyd İB-in Mətbuat Xidməti rəhbəri Samirə Novruzova iştirak edərək, həyata keçirdiyimiz xüsusi layihə – “İrəvan Xalçalarında İlmələrin Rəqsi” sənədli filmi haqqında geniş məlumat verdilər.
Layihə İrəvan xalçaçılıq məktəbinin zəngin irsini, unudulmuş simvollarını və mədəni dəyərlərini yenidən gündəmə gətirməyi hədəfləyir. Film, təkcə xalçaların gözəlliyini deyil, onların arxasındakı tarix və mədəni kimliyi də tamaşaçılara çatdırmağa çalışır.
Veriliş zamanı layihənin ideyası, məqsədləri və ictimai əhəmiyyəti barədə dolğun fikir mübadiləsi aparıldı. Mədəni irsimizə olan maraq və dəstək bizim üçün böyük stimul oldu.
CBC FM komandasına və dəyərli jurnalist Xanlar Mehdiyevə dəvət və xoş qarşılanma maraqlı söhbət üçün səmimi təşəkkürümüzü bildiririk!
