“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi Beynəlxalq Radionun qonağı oldu.
Veriliş zamanı İctimai Birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və xüsusilə “İrəvan Xalçalarında İlmələrin Rəqsi” sənədli filmi barədə ətraflı məlumat verildi.
Sözügedən film İrəvan xalçaçılıq məktəbinin zəngin ənənələrini, unudulmaqda olan dəyərləri və bu irsin gələcək nəsillərə ötürülməsi zərurətini ön plana çəkir. Eyni zamanda film, bölgənin mədəni və tarixi yaddaşının qorunmasına xidmət edən vacib sənədli nümunə kimi təqdim olunur.
Verilişdə həmçinin, filmin ərsəyə gəlmə prosesi, tədqiqat və çəkiliş mərhələləri, eləcə də ictimai maarifləndirmə baxımından daşıdığı əhəmiyyət vurğulandı.

