07.03.2025 tarixində “Qeyd Sosial Maarifləndirmə” İctimai birliyi Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə Türkiyə səfirliyində görüş keçirib. Görüş zamanı iki tərəf arasında əməkdaşlıq imkanları, sosial maarifləndirmə layihələri və birgə təşəbbüslər müzakirə olunub.
Tədbirdə Qeyd İB-nin rəhbərliyi, İctimai birliyin Türkiyə nümayəndəsi iştirak ediblər. Görüş çərçivəsində cəmiyyətin maarifləndirici fəaliyyətləri, sosial layihələri və gələcək perspektivləri barədə cənab Səfirə məlumat verilib..
Qeyd edək ki, ” Qeyd -Sosial Maarifləndirmə” İctimai Birliyi müxtəlif sosial layihələr və maarifləndirmə təşəbbüsləri ilə cəmiyyətin inkişafına töhfə verməyi hədəfləyir.
Sonda xatirə şəkli çəkdirildi.

