Səfər çərçivəsində Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, İsa bulağı, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində olublar. Təşkilat nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət ediblər. Səfər iştirakçıları daha sonra Şuşanın tarixi tikililəri ilə tanış olub, Şuşa qala divarını ziyarət ediblər.
Əsrarəngiz mənzərəsi ilə dünyanın məşhur təbiət ərazilərindən sayılan Cıdır düzündə gəzinti ediblər.



