Gün ərzində “Bakı KOB evi”nə xidmət üçün müraciət edən sahibkarlar, KOB evində xidmət göstərən dövlət və özəl qurumların əməkdaşları ümummilli lider Heydər Əliyevin həyatını və fəaliyyətini əks etdirən foto-xalçalarla tanış olublar.
Xalçalar üzərində toxunmuş əl işləri hər kəs tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Heydər Əliyev – unudulmaz lider” adlı foto-xalça sərgisi Bakı şəhərinin bir sıra rayonlarında və regionlarda da keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA



