Bakı Avrasiya Universiteti, Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev -Unudulmaz lider” adlı foto-xalça sərgisinin təqdimat mərasimi keçirilib.

Təşkil olunan foto-xalça sərgisində BAAU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov və Baş katibi Aysel Tahirova iştirak ediblər.

Sərgi iştirakçıları tərəfindən universitetin həyətində dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoların əks olunduğu xalçalara baxış keçirilib.

Tədbirdə çıxış edən universitetin Rektor köməkçisi Şəfahət Əliyev, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı,dosent Rəhimov Mütəllim sözügedən sərginin təşkilini yüksək qiymətləndirib. O, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.

BAAU-nun Rektor köməkçisi Şəfahət Əliyev, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı Mütəllim Rəhimov, Tədris təşkili departamentinin rəhbəri Natella Quliyeva, Milli Məclisin deputatı Naqif Həmzəyev Ümummilli Lider Heydər Əliyevin respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan xidmətlərindən danışıblar.

Qeyd edəki ki, xalçalar üzərində toxunmuş əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.