“Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyi Yaradıcı Gənclər klubunun Müasir İncəsənət Muzeyinə ekskursiyası baş tutub.

“Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyi Yaradıcı Gənclər klubunun Müasir İncəsənət Muzeyinə ekskursiyası baş tutub.

Muzey ekspozisiyasının əsasını XX əsrin Il yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltaraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən əsərlər toplusudur. İncəsənətin ümumbəşəriliyinin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm va heykəltaraşlıq əsərləri də təmsil olunmuşdur.

Gənclərimiz muzeydə milli və eyni zamanda incəsənətin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri ilə tanış olublar. Muzeydəki eksponantlarla yaxından əyani formada tanışlıq gənclərimizin həm dünyagörüşünün zənginləşməsində, həm də muzeyə olan sevgi və marağın cəmiyyətdə artmasında yüksək rol oynayıb.