“Görüş” layihəsi çərçivəsində İctimai sağlamlığın diplomatik rolu: “Autizm, gənclər və idman” adlı konfrans keçirilib

9 mart tarixində “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin və “AID GROUP “un birgə təşkilatçılığı ilə “Görüş” layihəsi çərçivəsində İctimai sağlamlığın diplomatik rolu: “Autizm, gənclər və idman” adlı konfrans keçirilib.

Tədbir “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirovanın hər kəsi salamlayaraq konfransın gedişinə uğurlar arzulaması ilə başlayıb.

Görüşün bu dəfəki qonağı Milli Məclisin deputatı Jalə Əhmədova olub. Jalə xanım autizmin yaranma səbəblərini, gənclərin həyatında idmanın necə vacib rol oynadığını vurğulayıb. Autizm pozuntusu olan insanların cəmiyyətdəki həyata uyğunlaşması və emosiyalarını idarə etməyi öyrənməsi ən vacib məsələlərdən biri olduğunu da qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.

qeyd2024

GörüşLayihəsi