“Nitqin inkişafı” layihəsinin növbəti görüşü keçirilib

9 mart tarixində “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin və “AID GROUP “un birgə təşkilatçılığı ilə “Nitqin inkişafı” layihəsinin növbəti görüşü təşkil edilib.

Tədbir “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirovanın hər kəsi salamlayaraq layihənin gedişinə uğurlar arzulaması ilə başlayıb.

Layihənin qonağı “AZTV xəbərin” aparıcısı Mümtaz Xəlilzadə olub. Aparıcılıq peşəsinin incəliklərindən danışan Mümtaz Xəlilzadə uğurlu ünsiyyətin, təsirli nitqin ən vacib elementləri olan düzgün tənəffüs, dolğun səs, təmiz diksiya, intonasiya, vurğu kimi məsələlərdən bəhs edib. Nitqimizi effektiv, ünsiyyətimizi uğurlu etmək üçün peşəkar aparıcıların, natiqlərin mütəmadi etdiyi məşqlərdən, məşğələlərdən iştirakçılara nümunələr verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.

qeyd2024

Nitqininkişafı