Xocalı faciəsinin 32-ci ildönümündə “Ana harayı” abidəsi ziyarət edilib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin kollektivi faciə qurbanlarının xatirəsinə Bakı şəhər Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Abidənin önünə gül dəstələri qoyulub, bəşəriyyətə qarşı dəhşətli cinayət olan soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.

Unutmadıq unutdurmarıq !

Xocalısoyqırımı32il🥀

#XocalıyaƏdalət

#JusticeForKhojaly

#Khojaly

#Qeyd2024