“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi bir sıra fəal üzvi “Gənclər Günü” münasibətilə mükafatlandırıb.

“Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “2 fevral-Gənclər Günü” münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Könül Nurullayeva, Vüqar İskəndərov da tədbirin fəxri qonaqları sırasında idi. Çıxışçılar Azərbaycan gəncliyini Gənclər Günü münasibətilə təbrik edərək hər zaman Qalib dövlətimizə layiqli gənc olmağı arzulayıblar.

Tədbirin bədii hissəsində Beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa çempionu və Gənclər mükafatçısı Urfan Cəfərov, “Azərbaycanın səsi” mahnı müsabiqəsinin laureatı Mirəli Cavadov gəncləri möhtəşəm ifaları ilə təbrik ediblər.

Sonda “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək təşkilatın bugünkü gündə onu uğurlu edən gənclərə təşəkkür edərək “Gənclər Günü” münasibətilə bir sıra gəncləri diplom və sertifikat ilə, ictimai birliyin idarə heyətini isə fəxri fərman ilə mükafatlandırıb.

#QEYD

#qeyd2024

#GənclərGünü

#2fevral