20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin kollektivi Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, Şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib.






