Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi münasibətilə Şirvan Folklor Evində respublikamızın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Konsert proqramından öncə “Heydər Əliyev İli” çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin müxtəlif zamanlarda çəkilmiş xüsusi fotoşəkillərinin xalça üzərində toxunmuş sərgisi keçirilib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.














