Milli Məclis Deputatı ilə görüş keçirilib.

2 dekabr “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi və “AİD Group”nun birgə təşkilatçılığı ilə Təhsil layihəsi çərçivəsində Milli Məclis Deputatı Aydın Mirzəyev ilə görüş keçirilib.

Tədbir “Qeyd- Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədovun iştirakçıları salamlaması ilə başlayıb.

“AİD Group” un rəhbəri Nigar Əliyeva çıxış edərək rəhbəri olduğu təhsil mərkəzi, onun fəaliyyəti və təhsil sektorundakı rolu barəsində iştirakçıları məlumatlandırıb.

Hörmətli Deputat Aydın Mirzəyev təhsilə dair dəyərli tövsiyələrini verərək gənclərimizin maariflənmə yolunda düzgün inkişafına istiqamətlənmiş tədbirin daha məhsuldar keçməsinə səbəb olub. Dövlət üçün gənclərin önəmindən bəhs edən Deputat təhsillə yanaşı, güclü iradə və qətiyyətlə gedilən yolun daim nailiyyətlərə çatacağını bildirərək motivasiyaedici nitqi ilə səmimi söhbət aparıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.