28 noyabr “Qeyd Sosial-Maarifləndirmə” İctimai Birliyi və Qazaxıstan Respublikasının “Tupkaragan Jastary” gənclər təşkilatının nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı fikir mübadiləsi aparılaraq əməkdaşlıq nəticəsində gələcəkdə həyata keçirilə biləcək ortaq istiqamətlərdən danışılıb. Tərəflər iki tərəf arasındakı əməkdaşlığın əhəmiyyətini və müsbət təcrübəsini nəzərə alaraq, qarşılıqlı anlaşmanın və dostluq əməkdaşlığının gələcəkdə gücləndirilməsi məqsədilə, bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək, inkişaf etdirmək və dəstəkləmək barədə razılığa gəliblər.

Görüş əsnasında qonaqlar səmimi əməkdaşlıq və dostluğun simgəsi olaraq Qazaxıstan mədəniyyətinə məxsus hədiyyələrini “Qeyd Sosial-Maarifləndirmə” İctimai Birliyi nümayəndələrinə təqdim edib.

