Milli Məclis Deputatı Vüqar İskəndərov ilə görüş keçirilib

26 noyabr tarixində “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi və “AİD Group”nun birgə təşkilatçılığı ilə Təhsil layihəsi çərçivəsində Milli Məclis Deputatı Vüqar İskəndərov ilə görüş keçirilib.

Tədbir “Qeyd- Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədovun iştirakçıları salamlaması ilə başlayıb.”AİD Group” un rəhbəri Nigar Əliyeva çıxış edərək rəhbəri olduğu təhsil mərkəzi, onun fəaliyyəti və təhsil sektorundakı rolu barəsində iştirakçıları məlumatlandırıb.Hörmətli Deputat Vüqar İskəndərov təhsilə dair dəyərli tövsiyələrini verərək gənclərimizin maariflənmə yolunda düzgün inkişafına istiqamətlənmiş tədbirin daha məhsuldar keçməsinə səbəb olub. Dövlət üçün gənclərin önəmindən bəhs edən Deputat təhsillə yanaşı, iştirakçılara peşə seçimini, liderlik bacarıqları haqqında məlumatlar verib.Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.