28 oktyabr tarixində “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi və “AİD Group”nun birgə təşkilatçılığı ilə Təhsil layihəsi çərçivəsində Millət vəkili Ceyhun Məmmədov ilə görüş keçirilib.
Tədbir “Qeyd- Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədovun iştirakçıları salamlaması ilə başlayıb.
“AİD Group” un rəhbəri Nigar Əliyeva çıxış edərək rəhbəri olduğu təhsil mərkəzi, onun fəaliyyəti və təhsil sektorundakı rolu barəsində iştirakçıları məlumatlandırıb.
Hörmətli Millət vəkili Ceyhun Mammadov təhsilə dair dəyərli tövsiyələrini verib.
Deputat bildirilib ki, gənclərimizin elm və təhsilə cəlb olunması dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biridir. Təhsil infrastrukturunun yaxşılaşdırılmasından tutmuş, təhsilin keyfiyyətinin yüksəldilməsinə qədər həyata keçirilən bütün işlər, islahatlar məhz bu məqsədin reallaşmasına xidmət edir.Azərbaycanda təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir
Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

