Təşkilatın bir qrup fəal gəncinin “ƏSAS MƏSƏLƏ” verlişində iştirakı baş tutub

Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi çərçivəsində AZTV-nin ictimai-siyasi proqramlar Studiyasının hazırladığı “ƏSAS MƏSƏLƏ” verilişi təşkil olundu.

Veriliş Azərbaycan Televiziyasının sədr müavini Rüfət Həmzəyevin təqdimatında, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Millət vəkilləri Nigar Arpadarai, Tural Gəncəliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının iştirakı ilə “Qarabağ yeni inkişaf mərhələsində: məqsədlər və vəzifələr” mövzusunda baş tutdu.

“Qeyd Sosial-Maarifləndirmə” İctimai Birliyinin bir qrup fəal gənci tədbirdə iştirak edib.