Millət vəkili Aydın Hüseynovla görüş keçirilib

14 oktyabr tarixində “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi və “AİD Group”nun birgə təşkilatçılığı ilə Təhsil layihəsi çərçivəsində Millət vəkili Aydın Hüseynov ilə görüş keçirilib.

Tədbir “Qeyd- Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədovun iştirakçıları salamlaması ilə başlayıb.

“AİD Group” un rəhbəri Nigar Əliyeva çıxış edərək rəhbəri olduğu təhsil mərkəzi, onun fəaliyyəti və təhsil sektorundakı rolu barəsində iştirakçıları məlumatlandırıb.

Hörmətli Millət vəkili Aydın Hüseynov təhsilə dair dəyərli tövsiyələrini verərək gənclərimizin maariflənmə yolunda düzgün inkişafına yönəlmiş tədbirin daha məhsuldar keçməsinə səbəb olub. Deputat təhsillə yanaşı, iştirakçılara dövlətimiz, iqtisadiyyatımız haqqında dəyərli məlumatlar verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.