Təhsil layihəsi çərçivəsində Millət vəkili ilə görüş keçirilib.

7 oktyabr tarixində “QEYD Sosial-Maarifləndirmə” İctimai Birliyi və “AİD Group”nun birgə təşkilatçılığı ilə Təhsil layihəsi çərçivəsində Millət vəkili Jalə Əhmədova ilə görüş keçirilib.

Tədbir”QEYD Sosial-Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədovun çıxışı ilə başlayıb.

Görüş ərzində üzvlər müxtəlif mövzularda fikirlərini və suallarını yönləndirərək Deputatla fikir alış-verişi ediblər. Hörmətli Millət vəkili təhsilə dair dəyərli tövsiyələrini verərək gənclərimizin maariflənmə yolunda düzgün inkişafın a yönəlmiş tədbirin daha məhsuldar keçməsinə səbəb olub.