18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqəlidir.
Milli Musiqi Günü münasibətilə ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisində, zənginləşməsində və beynəlxalq səviyyədə bütün dünyaya tanıdılmasında və qorunmasında rolu olan hər kəsi təbrik edir, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.









