22 iyul tarixində “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin və “AID GROUP”un birgə təşkilatçılığı ilə “Xaricdə Təhsil Konfransı” keçirilib.
Konfransda AID GROUP-da Xaricdə Təhsil Eksperti olan Samir Yahyazade xarici ölkələrdə təhsil imkanları, universitetlər, təqaüd proqramları, vizə prosedurları, dil tələbləri, yaşam şərtləri və digər əhəmiyyətli məsələlər barədə ətraflı məlumatlar verib.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar təhsil eksperti tərəfindən cavablandırılıb.
#qeyd2023#XaricdəTəhsilKonfransı#xaricdətəhsil#AIDGROUP










